SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir
Ankara, 23 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, mayın 23-də nümayəndə heyətimiz Ankaradakı Heydər Əliyev parkını ziyarət edib. Azərbaycan xalqının Ümummilli Liderinin parkdakı abidəsi önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə edilib.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşləri nəzərdə tutulub. Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq. Səfər mayın 26-da yekunlaşacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara