CƏMİYYƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Türkiyəyə səfəri yekunlaşıb

Bakı, 26 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri yekunlaşıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində F.Muradovun iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycanın dəyərli rəssamlarının əsərləri nümayiş olunub.

Daha sonra komitə sədri Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.