MƏDƏNİYYƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsveç-Azərbaycan Birliyinin tədbirində iştirak edib

Stokholm, 7 noyabr, AZƏRTAC

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov burada fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyinin keçirdiyi tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək səfəri çərçivəsində keçirdiyi görüşlər və əldə olunan razılaşmalar barədə danışıb. O, səfərin diaspor təşkilatlarımızın fəaliyyəti ilə tanışlıq xarakteri daşıdığını diqqətə çatdırıb. F.Muradov səfər çərçivəsində Skandinaviyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə birgə konfransın da baş tutduğunu qeyd edib. O, bu konfransda mühüm qərarların qəbul olunduğunu və Azərbaycanlılarının Koordinasiya Şurasının yaradıldığını, koordinatorların seçildiyini qeyd edib. Bununla da diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu söyləyib, Skandinaviyadakı fəaliyyətinin daha aktiv və məqsədyönlü şəkildə həyata keçiriləcəyinə əminliyini vurğulayıb. Komitə sədri İsveç-Azərbaycan Birliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu deyib.

Sonra İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən söz açıb.

Daha sonra suallar cavablandırılıb, diaspor fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Təşkilatın gənc üzvlərinə və uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində İsveç-Azərbaycan Birliyinin uşaq musiqi-rəqs qrupu Azərbaycan milli rəqslərini ifa edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.