CƏMİYYƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Kiyevdə Səməd Vurğun adına Kitabxanada olub

Kiyev, 13 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kiyevdə Səməd Vurğun adına Kitabxanada olub.

AZƏRTAC xəbər verir ki, komitə sədri əvvəlcə kitabxananın önündə Səməd Vurğunun büstü önünə tər çiçəklər qoyub.

Sonra kitabxananın müdiri Qalina Çebotareva məlumat verib ki, burada ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyevlə bağlı, Azərbaycan klassiklərinin, çağdaş ədəbiyyatımızın nümayəndələrinin Ukrayna dilində müxtəlif kitabları saxlanılır. Azərbaycanla bağlı kitablara oxucu marağının olduğunu deyən Q.Çebotareva bildirib ki, gələcəkdə də bu cür kitabların zənginləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Kitabxanada əlverişli şəraitin yaradıldığını qeyd edən F.Muradov bildirib ki, Azərbaycan ədəbiyyatının Ukraynada təbliğində bu kitabxananın əvəzsiz rolu var. Hər iki ölkənin ədəbi əlaqələrindən danışan sədr vurğulayıb ki, Azərbaycan və Ukrayna ədiblərinin kitablarının qarşılıqlı şəkildə tərcümə edilərək yayılması vacibdir.

Sonra kitabxanaya komitə adından hədiyyələr təqdim edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.