SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim edilib

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ramiz Mehdiyev gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasının əhəmiyyətini qeyd edib.

Prezident Administrasiyasının rəhbəri Dövlət Komitəsinin fəaliyyətində yol verilmiş nöqsanların yeni sədrin rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.