MƏDƏNİYYƏT
Didier Martin: “2011-ci ildə Azərbaycanda “Hilton Worldwide” hotellər şəbəkəsinə daxil olan yeni mehmanxana istifadəyə veriləcəkdir”
Bakı, 17 yanvar (AZƏRTAC). 2011-ci ildə Azərbaycanda “Hilton Worldwide” hotellər şəbəkəsinə daxil olan yeni mehmanxana istifadəyə veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Konya şəhərində jurnalistlərə müsahibəsində ABŞ-ın “Hilton Worldwide” Şirkətlər Qrupunun vitse-prezidenti Didier Martin demişdir.
Didier Martin bu il Türkiyə, Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, Xorvatiya və Azərbaycanda inşası davam edən yeni mehmanxanaların istifadəyə veriləcəyini bildirmişdir. Bütün bu ölkələrin turistlər üçün maraq doğuran yerlər olduğunu vurğulayan Didier Martin, dünyanın 82 ölkəsində “Hilton Worldwide” otellər şəbəkəsinə daxil olan 3 min 600-dən çox mehmanxananın olduğunu bildirmişdir.
Şirkətin vitse-prezidenti, ümumiyyətlə, Avropada 2013-cü ilədək daha 80 mehmanxananın tikintisinin başa çatacağını və fəaliyyətə başlayacağını qeyd etmişdir.
Bakıda tikintisi “İSR Capital İnvestments” şirkəti tərəfindən aparılan beşulduzlu “HİLTON BAKI” mehmanxanasının cari ilin sonunda istifadəyə verilməsi gözlənilir.