İDMAN


Dieqo Maradona xəstəxanadan evə buraxılıb VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona xəstəxanadan evə buraxılıb.

AZƏRTAC “Eurosport.ru” saytına istinadla xəbər verir ki, hazırda Meksikanın “Dorados” komandasını çalışdıran Maradona Buenos-Ayresdəki xəstəxanadan evə buraxıldıqdan sonra Telam agentliyinə açıqlamasında səhhətinin normal olduğunu söyləyib: “Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Belə insanlar hər zaman olublar. İndi özümü yaxşı hiss edirəm və “Dorados”a qayıtmağa hazırlaşıram”.

Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.