İDMAN
Dieqo Qodin “Milan” klubuna keçməyə razılıq verib
Bakı, 28 noyabr, AZƏRTAC
Madridin “Atletiko” klubunun mərkəz müdafiəçisi Dieqo Qodin “Milan”ın təklifini qəbul edərək, bu kluba transfer olunmağa razılıq verib.
AZƏRTAC “Acmilanfan.ru”ya istinadla xəbər verir ki, uruqvaylı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. “Milan” 32 yaşlı futbolçunu heyətinə qatmaq üçün “Atletiko” ilə razılığa gəlib. Klub Qodinə iki il yarım müddətə müqavilə və hər mövsüm üçün 4 milyon avro məvacib təklif edib. Artıq futbolçunun razılığının alındığı bildirilir.
“Milan” zədə səbəbindən üç mərkəz müdafiəçisini – Mattia Kaldara, Mateo Musakkio və Alessio Romanolini itirib. Buna görə də klub rəhbərliyi komandanın heyətini gücləndirmək üçün müdafiəçi axtarışına başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]