CƏMİYYƏT


Diffenbaxiya yarpaqları ilə qullara verilən “lal cəza”

Bakı, 12 sentyabr, AZƏRTAC

Quldarlıq dövründə qladiatorlar xəbərçilik edən qulları diffenbaxiyanın gövdəsini yeməyə məcbur edirdilər. Diffenbaxiyanın şirəsi onların dil və ağızların selikli qişalarında su əmələ gətirir və qullar uzun müddət danışa bilmirdilər. Ona görə də diffenbaxiyanı "lal cəza" adlandırırdılar.

AZƏRTAC xəbər verir ki, bitkinin adı XIX əsrdə Venesuelada botanika bağının bağbanı Diffenbaxın şərəfinə qoyulub.

Çoxillik ot bitkisi hesab olunan diffenbaxiya tez inkişaf edən bitkidir. Tez-tez çiçək açmır, lakin ilin istənilən mövsümündə çiçəkləyə bilər. Bitkinin 30 növü var və əksər növləri zəhərlidir. Onun sortlarını yalnız zümrüdü yarpaqları üzərində olan ağ naxışların formasına görə ayırd etmək olar. Evlərdə və ofislərdə ən çox ləkəli diffenbaxiya sortuna rast gəlmək olar.

Diffenbaxiyanı qaranlıq yerdə saxlayanda yarpaqları bükülməyə başlayır və dekorativ cazibəsini itirir. Kölgəli, lakin isti yerdə saxlamaq bitkiyə daha yaxşı təsir edir. Rütubəti sevdiyinə görə onun yarpaqlarına müntəzəm olaraq su püskürdüb əski ilə silmək lazımdır. Onu cod su ilə suvaranda yarpaqlarının ucları tündləşməyə və qonurlaşmağa başlayır. Yaz və payız fəslində daha çox suvarılmalı, qışda qurumağa yol verməmək şərtilə su verilməsi məhdudlaşdırılmalıdır. Əkildiyi torpağı isə hər il yazda, təxminən aprelin axırlarında dəyişmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.