ELM VƏ TƏHSİL
Digər dildə tədris aparılan məktəbəhazırlıq qruplarına sənəd qəbulunda uşaqla şifahi müsahibə önəm daşımır
Bakı, 2 avqust, AZƏRTAC
2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.