ELM VƏ TƏHSİL


Digər dildə təhsil alan şagirdlər “Azərbaycan dili” imtahanını 2019-cu ilin modelinə uyğun verəcəklər

Bakı, 29 may, AZƏRTAC 

Qeyri-Azərbaycan bölməsinin IX və XI sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahanı 2019-cu il modelinə uyğun verəcəklər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanan 30 qapalı tipli tapşırıq təqdim ediləcək. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılacaq.

İmtahan üzrə tapşırıqların strukturuna əsasən dil qaydalarına dair 10 qapalı tipli tapşırıq, oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq) veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.