MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi keçirilib.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə reallaşıb.

Görüşdə Ərzuman Paşayev bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları və ustad dərsə canlı qoşulan digər izləyicilərlə bölüşüb, öz portfoliasını təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları, həmçinin digital incəsənətə maraq göstərən izləyicilərin iştirakı ilə baş tutub.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.