MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

Bakı, 4 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 6-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutacaq.

AZƏRTAC xəbər verir ki, ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.

Qeyd edək ki, Ərzuman Paşayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Rəsm və rəsmxət” fakültəsini bitirib. “Digital” incəsənətlə erkən yaşlarından məşğul olan Ərzuman Paşayev 2020-ci ildə dünyaca tanınmış illüstrator Oleq Gert tərəfindən keçirilən “Ticarət illüstrasiyası məktəbi” adlı kursu bitirib.

O, hazırda “KKM group” şirkətində illüstrator vəzifəsində işləyir. Ərzuman Paşayev “Tık-tık xanım” cizgi filminə illüstrasiyalar, “Ad günü”, “Bizim Cəbiş müəllim”, “Əhməd haradadır?”, “Yuxu” filmlərinə komikslər çəkib.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.