MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

Bakı, 6 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə reallaşacaq.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.