MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək

Bakı, 16 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi keçiriləcək.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə reallaşacaq.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçiriləcək.

Görüşə qoşulmaq istəyən izləyiciləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesablarını və layihənin İnstaqram səhifəsindəki (@digitalart.lab) hesabını izləyərək məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.