MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi may ayının sonuna kimi uzadılıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə start verilən “Digitalart-lab” layihəsi may ayının sonuna kimi uzadılıb.

AZƏRTAC xəbər verir ki, layihəyə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı müasir tendensiyaları, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə start verilib.

“Digitalart-lab” layihəsi çərçivəsində rəssam Natiq Kamalın “Game promo-art”, dizayner rəssam Hüseyn Rzayevin “Personaj dizaynı”, qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti", Amil Quliyevin “Concept art”, animator Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi”, vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi araşdırma və innovasiya” şöbəsinin müdiri Nərgiz Əsgərovanın moderatorluğu ilə keçirilib.

“Digitalart-lab” layihəsinin ustad dərsləri Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərmin Qəmbərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Sara Qədimova, İntizar Qafarova, Sufi Səfərli, Aişə Məhərrəmova, İnarə Əliyeva, Şəlalə Salamzadə, Hüseynli Xəzangül, Nəzakət Əhmədova, Hənifə Musayeva, Nərminə Qurbanzadənin iştirakı ilə keçirilir.

İctimaiyyətin marağına səbəb olan incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihə ölkəmizdə bu sahədə çalışan gənc, peşəkar və həvəskar rəssamları bir araya toplayır.

Eyni zamanda, “Digitalart-lab” layihəsi çərçivəsində keçirilən bütün görüş və ustad dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesabları vasitəsilə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.