MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək

Bakı, 7 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi may ayının sonuna kimi davam edəcək.

AZƏRTAC xəbər verir ki, layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığındakı müasir tendensiyaları, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək, həmçinin bu istiqamətdə çalışan rəssamları dəstəkləmək məqsədilə həyata keçirilir.

Ötən müddətdə layihə çərçivəsində rəssam Natiq Kamalın “Game promo-art”, rəssam dizayner Hüseyn Rzayevin “Personaj dizaynı”, qrafik dizayner və illüstrator Mahir Qafarovun “Rəqəmsal karikatura sənəti”, Amil Quliyevin “Concept art”, animator Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi”, habelə vizual effektlər üzrə rəssam Hacı Qədirovun, 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun ustad dərsləri təqdim olunub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Nərgiz Əsgərovanın moderatorluğu ilə gerçəkləşən “Digitalart-lab” layihəsinin ustad dərsləri qalereyanın saytı və sosial media hesabları vasitəsilə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.