MƏDƏNİYYƏT
“Digitalart-lab” layihəsinin növbəti qonağı sənətşünas Mehbarə Abbasova olacaq
Bakı, 5 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 8-də sənətşünas, kurator Mehbarə Abbasova ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehparə Abbasova “Rəqəmsal incəsənət tarixinə qısa ekskursiya” mövzusunda mühazirə ilə çıxış edəcək.
Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədilə həyata keçirilir.
Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]