ELM VƏ TƏHSİL


“Dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması” mövzusunda müzakirələr aparılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması” mövzusunda müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəni təqdim edən doktorant Əhməd Əhmədzadə bildirib ki, plagiatlıq eynən surətini götürmək, cümlələri kəsmək, birləşdirmək, parafrazlaşdırmaq, orijinal sözləri oxşar və ya sinonim sözlərlə əvəz etməklə həyata keçirilə bilər. Plagiatlığı iki üsulla – fiziki (əl ilə) və avtomatik olaraq aşkarlamaq mümkündür.

Gənc tədqiqatçının sözlərinə görə, linqvistik məlumat, məsələn, sözlər arasında semantik əlaqələr və onların sintaktik quruluşu cümlənin anlaşılmasında böyük rol oynayır. Bu baxımdan dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması aparılan tədqiqatların səmərəliliyini artırır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzuya dair fikirlərini bölüşüb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.