ELM VƏ TƏHSİL


Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətində 100 mindən çox söz olacaq

Bakı, 20 noyabr, AZƏRTAC 

Nəsimi adına Dilçilik İnstitutu dilimizin zənginləşməsi üçün daim islahatlar aparır. 1929-cu ildən 2013-cü ilə qədər sözügedən müəssisə tərəfindən 6 dəfə orfoqrafiya lüğəti yenilənərək nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin orfoqrafiya normaları”na uyğun tərtib edilib.

Müəssisənin Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İsmayıl Məmmədli bildirib ki, 7-ci dəfə çap olunacaq orfoqrafiya lüğətinə iki mindən çox yeni söz əlavə edilib. Yeni orfoqrafiya lüğətində ümumilikdə yüz mindən çox söz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.