ELM VƏ TƏHSİL


Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant vəzifələr Hind-Avropa dilləri şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 1 yer, Kompüter dilçiliyi şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 1 yer, Türk dilləri şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 1 yer, Sosiolinqvistika və psixolinqvistika şöbəsi üzrə elmi işçi vəzifəsinə 1 yer və Terminologiya şöbəsi üzrə elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.