Dilçilik İnstitutuna doktorantura və dissertantura üzrə 30 nəfər sənəd verib
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən gənclərlə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslərin tamamilə şəffaf aparıldığını qeyd edib. Professor gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli olmağı tövsiyə edib. Bildirilib ki, müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edilib ki, bu il Dilçilik İnstitutunun Təhsil şöbəsinə doktorantura və dissertantura hazırlığı üzrə 30 nəfər sənəd verib.

Xəbərin mətnində orfoqrafik səhv var