ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunda Gənclər Günü qeyd olunub

Bakı, 2 fevral, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru professor Nadir Məmmədli akademik Ağamusa Axundovun Azərbaycan elmi üçün rolunu vurğulayıb, onun Azərbaycan dilinin normalarının möhkəmləndirilməsi və bunun təsdiq edilməsi üçün xidmətlərindən danışıb. Daha sonra professor Nadir Məmmədli institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib.

Tədbirdə institutun səmərəli elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimlərinə təşəkkürnamələr təqdim olunub.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Günel Orucova çıxış edərək Dilçilik İnstitutunda çalışan gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. O, gəncləri institutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hazırlanmış “Dilçilik tribunası” layihəsində, o cümlədən müxtəlif qurumlar tərəfindən gənc tədqiqatçılar üçün bir sıra dillər üzrə təşkil edilmiş kurslarda fəal iştirak etməyə çağırıb.

Tədbirdə Dilçilik İnstitutunun son 10 il ərzində fəaliyyətini, gənclərin iştirak etdikləri tədbirləri, o cümlədən KİV-də çıxışlarını, pedaqoji fəaliyyətlərini və digər sahələrdə gördükləri işləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş olunub.

Yığıncağın sonunda çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev institutun gənclərlə bağlı fəaliyyətini yüksək dəyərləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.