ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunda “Şumer və türk dillərində heca qanunu” mövzusunda müzakirələr aparılıb

Bakı, 13 yanvar, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi seminarında filologiya elmləri doktoru, professor İslam Sadıqovun “Şumer və türk dillərində heca qanunu” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli şumer və türk dillərində hecanın tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, şumer dilində də möhkəm bir heca sistemi olub. Heca qanunu və heca vəzni türk dilinin daxili sirlərini qoruyub saxlayan, bir-biri ilə qırılmaz tellərlə bağlı olan pozulmaz və dəyişilməz qaydalardan ibarətdir.

İslam Sadıqov qeyd edib ki, şumer dilində birhecalı sözlərin sayı yetərincə çoxdur. Çoxhecalı sözlər də səslərdən yox, hecalardan əmələ gəlib. Çox zaman sözün birinci hecası yazılır, sonrakı hecalar buraxılır. Çünki şumer dilində mixi işarələr səsləri yox, hecaları bildirir. Bu isə o deməkdir ki, mixi yazı heca yazısıdır.

Professor vurğulayıb ki, şumer və türk dillərində ünlü səslərlə başlayan sözlərin sayı kifayət qədər çoxdur.

Sonda professorlar Qəzənfər Kazımov, İlham Tahirov, Sayalı Sadıqova və İsmayıl Məmmədli, dosent Baba Məhərrəmli məruzə ilə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.