ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunun direktoru beynəlxalq konfransda Azərbaycan lüğətçilik tarixindən danışıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Kazan şəhərində Tatarıstan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu tərəfindən “XXI əsr türk dilçiliyi: leksikologiya və leksikoqrafiya” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzum Salahov tədbirin türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmli olduğunu vurğulayıb.

Tədbirin açılışında çıxış edən M.Nağısoylu türkdilli xalqların ortaq dəyərlərindən danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanlı alim, həmçinin IV bölmənin rəhbəri kimi konfransa sədrlik edib.

“Ortaçağ Azərbaycan lüğətçilik tarixinə bir baxış” mövzusunda məruzə ilə çıxış edən M.Nağısoylu Azərbaycan dilinin lüğətçilik tarixinin elmi və praktiki əhəmiyyətindən bəhs edib. Bildirib ki, lüğət hər bir xalqın mədəniyyətinin göstəricisidir. Orta əsrlər dövrünün lüğətləri bir sıra türk dillərinin fonetikası, qrammatikası və leksikası üzərində maraqlı və incə müşahidələrin qızıl xəzinəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.