ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini əlamətdar hadisələrdən biri kimi vurğulayıb. Professor bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində institutun təşəbbüsü ilə bir sıra elmi sessiyaların keçirilməsi nəzərdə tutulub.

İclasda müəssisənin 2022-2023-cü tədris ili üçün elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.

Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov 2022-2023-cü tədris ili üçün Azərbaycan dili, türk dilləri və dil nəzəriyyəsi ixtisaslarından elmlər doktoru və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.

Dissertant və doktorantlara təklif olunan mövzu və elmi məsləhətçilər təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.