ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
Bakı, 13 iyul, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbələrinin yarımillik hesabatı dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası institutun direktoru akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin orfoepiya normalarının təsdiqi və qarşıda duran vəzifələr” barədə məlumat verib. Bildirib ki, “Azərbaycan dilinin orfoepiya normaları” Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli Qərarına əsasən təsdiq edilib. Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi işlənilib hazırlanıb.
Sonra elmi katib dosent Aynel Məşədiyeva gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib.
Şöbə müdirlərinin təqdimatında elmi-tədqiqat işlərinin yarımillik vəziyyəti dinlənilib. Sonda cari məsələlərə baxılıb.