ELM VƏ TƏHSİL


Dillər Universitetində “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli Azərbaycan multikulturalizminin ölkəmizlə yanaşı, bir sıra dövlətlərin ali məktəblərində, eləcə də ADU-da tədris olunduğunu bildirib. Kitabın həm Azərbaycan, həm də ingilis dilində nəşrlərinin 3 bölmə və 7 fəsildən ibarət olduğunu deyən dekan ingilis dilində nəşrin xarici oxucu kütləsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, əlavə edib ki, kitabda həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrində olan multikultural mühit öz əksini tapıb.

Digər çıxış edənlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Özünəməxsus tarixi kökləri olan Azərbaycan multikulturalizmi daim başqa xalqların diqqətini cəlb edir. Təqdimatı keçirilən kitab yerli və əcnəbi tələbələr üçün mühüm mənbə rolunu oynayacaq.

Tədbirdə kitabın tərcümə prosesi haqqında ətraflı məlumat verilib.

Sonda çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” kitabının beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təqdimatını yüksək qiymətləndirib. Kitabı Azərbaycan multikulturalizminin mənəvi intellektual bayrağı adlandıran rektor onun xarici ölkələrdə müvafiq mövzunu öyrənən tələbələr üçün nəzərdə tutulduğunu qeyd edib. Rektor kitabın Azərbaycanın görkəmli alimləri, mədəniyyətşünasları və incəsənət xadimlərindən ibarət 40-dan çox müəllifi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitabın Azərbaycanın müxtəlif bölgələrində müzakirə olunması dərs vəsaitinin geniş ictimaiyyət tərəfindən dəstəklənməsinə işarədir.

“Multikulturalizmin Azərbaycanda siyasi banisi olan ümummilli lider Heydər Əliyev multikulturalizmin ölkəmizdə yenidən intibahına səbəb olan bir şəxsiyyətdir. Ölkəmizdə yaşayan milli azlıqlara, onların dininə, mədəniyyətinə olan xüsusi diqqət Ulu Öndərin sərəncamlarında öz əksini tapır. Ölkə prezidenti İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir”, - deyən Kamal Abdulla

kitabın yaradıcı heyətinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.