ELM VƏ TƏHSİL


Dillər Universitetində Çin fənərləri yandırılıb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, ADU-nun Çin dili müəllimi Natəvan Hüseynova bayramın yaranması ilə bağlı əfsanələr, fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi, müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi “yuanxiao” barədə məlumat verib. O, bayramın əsas mərasimi - müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqlarından danışıb.

Tələbələr, həmçinin bayramın ayrılmaz hissəsi sayılan fənərlərə yapışdırılmış tapmacaların cavablarını tapmaqla əyləncəli bir gün keçiriblər.

Tədbirin sonunda standartlaşdırılmış Çin dili ixtisas imtahanını (HSK) uğurla keçmiş məktəb şagirdlərinə rəsmi sertifikatlar verilib.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qeyd edib ki, ənənəvi Çin bayramları məzmunu müxtəlif və rəngarəng, qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir. Çinşünas tələbələrin ənənəvi Çin bayramlarında iştirakı onlara Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir, Çin mədəniyyətinə maraq yaradır və Çin dilini öyrənmə prosesini tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.