ELM VƏ TƏHSİL


Dillər Universitetində Çinin oyma möhürlərindən danışılıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çinin oyma möhürləri” mövzusunda tələbə seminarı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəssamlıq, xəttatlıq və poeziya ilə yanaşı, ənənəvi olaraq Çinin mədəni irsini təşkil edən dörd unikal sənətdən biri sayılan Çin oyma möhürlərinin tarixindən danışıb. O qeyd edib ki, oyma çap sənəti möhürlərə mətn həkk etmək, oyma çapın ölçüsünü və görünüşünü müəyyən etmək üçün istifadə olunan kalliqrafik şriftlərlə sıx bağlıdır. Möhürlər həm də siyasətdə istifadə edilən, vassal münasibətlərin formasını müəyyən edən və ənənəvi “Qoxua” rəsminin bir hissəsidir.

Seminarda ADU-nun çinşünas tələbələri möhürlərin insanın sosial statusunu və onun imperator Çinində dövlət iyerarxiyasındakı yerini müəyyənləşdirmək üçün əhəmiyyətindən, möhür və onun tərkib hissələrinə heroqliflərin yerləşdirilməsi üsullarından, Çin möhürlərinin hazırlanması üçün əsas materiallardan bəhs ediblər.

Tələbələr, həmçinin Çin möhürlərinin əsas növləri, o cümlədən qədim imperator və knyazlıq möhürləri, Han sülaləsinin ikiüzlü, altıüzlü, qabartmalı, kompozisiya, qarmaq, palindrom və “ana-bala” möhürləri barədə danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.