ELM VƏ TƏHSİL


Dillər Universitetində elmi seminar: “Böyük çay ipək yolunun tarixi”

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Böyük çay ipək yolunun tarixi” mövzusunda elmi seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin çayının ən qədim növü sayılan Puerin ölkənin daxili bölgələrindən Tibetə və daha da qərbə nəql edilməsi, karvan yollarının bir hissəsi olan “qədim çay yolu” haqqında danışıb. Kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivlərindən söz açan Rafiq Abbasov, bu əməkdaşlığın xüsusilə Azərbaycan çayının inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ixrac potensialının artırılması məqsədilə dövlətimizin başçısı tərəfindən "2018-2027-ci illərdə Azərbaycan Respublikasında çay sənayesinin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi xüsusi önəmə malikdir.

Çinin Sıçuan əyalətinin Kənd Təsərrüfatı Məhsullarının Ticarət Şirkətinin sədri Yu Chengzun isə ölkəsinin çay mədəniyyəti, bitkiçiliyin quruluşu və inkişafından bəhs edib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.