ELM VƏ TƏHSİL


Dillər Universitetinin Konfutsi İnstitutunda Çin döyüş sənətinə həsr olunmuş tədbir keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Dünya Tay çi çuan və Qigong Gününə həsr olunmuş onlayn seminar keçirib.

Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan Tay çi çuan - Çin döyüş sənətinin və müxtəlif sağlamlıq gimnastikasının ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal sistemi olmasından danışıb. О, Konfutsi İnstitutu Tay çi çuan dərnəyinin fəaliyyəti haqqında məlumat verib, bu döyüş sənətinin əsas prinsipi olan “zəiflərin güclü üzərində üstün olduğu zaman” texnikasının xüsusiyyətlərindən, fərdi üslub və formalarından bəhs edib. R.Abbasov, eyni zamanda, bu yaxınlarda ADU-da Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Menin Tay çi çuan və təkbətək döyüş sənətinin Vu Şu əsasları mövzusunda ustad dərsləri keçdiyini xatırladıb. O, evdə, karantin şəraitində aktiv fiziki formanın saxlanılmasının vacibliyini vurğulayaraq, Tay çi çuan gimnastikası üzrə videodərslərin keçirilməsini qeyd edib.

Seminarda Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva Tay çi çuan növlərindən, Qigong təlimlər kompleksinin sağlamlığa faydalarından danışıb. O, eyni zamanda Qigongun - bədən, duyğu və ağılla əlaqəli möhtəşəm bir uyğunluq təşkil etdiyindən, bu vəhdətin insanda birlik, balans və harmoniya kimi prinsipləri inkişaf etdirdiyindən söz açıb.

Sonda Konfutsi İnstitutunda istehsalat təcrübəsi keçən çinşünas tələbələr Tay çi çuan haqqında biliklərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.