ELM VƏ TƏHSİL


Dillər üzrə buraxılış imtahanlarının məzmunu müzakirə olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan, ingilis, fransız və alman dilləri fənləri üzrə işçi qrupların iclası keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda buraxılış imtahanlarının məzmunu ilə bağlı materiallar müzakirə olunub. Müzakirələr zamanı materiallarla bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilən qeydlər materiallarda nəzərə alınıb.

Buraxılış imtahanlarının məzmunu ilə bağlı materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc ediləcək.

Dekabrın 6-da müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.