CƏMİYYƏT


Dilqəm Əsgərova və Şahbaz Quliyevə işgəncə verilməsinə dair sənədlər Avropa Məhkəməsinə təqdim olunub

Bakı, 6 iyun, AZƏRTAC

Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var. İyunun 5-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən bununla bağlı müvafiq sənədlər əldə etmişik. Bu sahədə Avropa Məhkəməsi ilə əməkdaşlıq davam edir. Bu sənədlərə öz münasibətimizi bildirəcəyik. Ümid edirəm ki, yaxın aylarda bu məsələdə müsbət qərarların qəbulunun şahidi olacağıq. Biz buna çox inanır və əminik ki, bu məsələdə başqa nəticə ola bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə müsahibəsində bildirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri qeyd edib: “Biz bu məsələdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən ədalətli mövqe, doğru qərar, obyektiv münasibət gözləyirik. Vətəndaşlarımızın işğalçı Ermənistan tərəfindən qanunsuz həbsinə son qoyulmalıdır. Həmin vətəndaşların doğma torpaqlarında və öz ərazimizdə sərbəst hərəkət etmək hüquqları tanınmalıdır. Onlara göstərilən işgəncə və qeyri-insanı rəftara son qoyulmalıdır. Beynəlxalq ictimaiyyət, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir”.

A.Bağırov deyib ki, girov götürülərkən Dilqəm Əsgərova və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı videomateriallar və müvafiq sənədlər Avropa Məhkəməsinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.