ELM VƏ TƏHSİL
“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnala təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Aİİ-nin qaydalarına cavab verməli, digər nəşrlərdə dərc edilməməlidir. Məqalə dərc etdirmək istəyənlər noyabrın 10-dək müraciət edə bilərlər.
Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir. Məqalənin mətni 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, Əhməd Cəmil, 41A) təqdim edilməlidir. Əlyazma müəlliflər tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir. Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir.