Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun “Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun moderatorluğu ilə baş tutub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, din və təhlükəsizlik sahəsində digər dillərdə, xüsusən ingilis dilində çoxsaylı kitab və məqalələr olsa da, sözügedən araşdırma Azərbaycanda bu sahədə yazılan ilk əsərdir.

Mövzu ilə əlaqədar akademik əsərlərin yazılmasının vacibliyinə toxunan İlahiyyat İnstitutunun rektoru kitabın bölmələri haqqında geniş məlumat verib. Nümunənin “Beynəlxalq və regional münasibətlər sistemində din amili”, “Bəşəriyyətin yeni kabusu: dini radikalizm”, “Din və təhlükəsizlik”, “İctimai həyatda dinin rolu”, “Din və hüquq”, Dinlərarası və mədəniyyətlərarası dialoq” fəsillərindən ibarət olduğunu bildirib. O, eyni zamanda, mühüm əhəmiyyət kəsb edən bu əsərin gənclər, xüsusilə universitet tələbələri tərəfindən istifadə edilməsinin vacibliyi barədə danışıb.

Milli Məclisin deputatı Arzu Nağıyev kitabın dövrümüz üçün aktuallıq kəsb edən mövzuya həsr edildiyini bildirərək nəşrdə çox ciddi məqamlara toxunulduğunu vurğulayıb. Digər ölkələrdən transfer olunan dini cərəyanların arxasında heç də hər zaman xoş niyyət və məramlı qüvvələrin dayanmadığını qeyd edən deputat bu qrupların sosial şəbəkələr vasitəsilə gəncləri təsir altına salmağa çalışdıqlarını söyləyib. O, həmmüəlliflərin din və ideoloji təhlükəsizlik sahəsindəki zəngin təcrübəsinin nəşrdə özünü büruzə verdiyini bildirib. A.Nağıyev kitabın dərslik kimi hüquq-mühafizə orqanlarının və digər təhsil müəssisələrində istifadə edilməsinin, eləcə də xarici dillərə tərcümə olunmasının əhəmiyyətinə diqqət çəkib.

Deputat Elman Nəsirov çıxışında bildirib ki, hazırkı dünya nizamının pozulduğu, beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyü, beynəlxalq hüquq normalarının tapdalandığı vəziyyətdə dini radikal qrupların müxtəlif vasitələrlə, eyni zamanda, sosial şəbəkələrin köməyi ilə təbliğat aparmaları və öz dırnaqarası ideologiyalarını yaymaları dünya ölkələrini böyük bir təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan nəşr edilən kitab təkcə Azərbaycanın hüdudlarında və ya regional deyil, beynəlxalq müstəvidə də çox mühüm əhəmiyyət kəsb edir. Elman Nəsirov dünya nümunəsində bu formatda bir çox vəsaitin mövcud olduğunu, Azərbaycan reallığı və dəyərlərini özündə əks etdirən kitabın da daha geniş auditoriyaya çatdırılmaq üçün digər dillərə tərcümə edilərək yayılmasının vacibliyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda ilk dəfə olaraq təhlükəsizlik eksperti və ilahiyyatçıların birgə ərsəyə gətirdiyi kitabı din və ideologiya sahəsinə giriş vəsaiti və nəzəriyyə kimi xarakterizə edib. Onun dövlət-din münasibətləri sahəsində istər dövləti, istər dini sahəni təmsil edən, eyni zamanda, təhlükəsizlik məsələlərindən məsul olan şəxslər üçün mühüm əhəmiyyətli istinad olduğunu bildirib. Qeyd edilib ki, ilk dəfə bu sahəyə həm təhlükəsizlik, həm də elmi cəhətdən yanaşılması, Azərbaycan həqiqətləri, dövlət maraqları və xalqın dini baxışlarının əks olunması, müxtəlif auditoriyalarla yanaşı, tələbələr üçün də zəngin vəsait olması baxımından “Din və ideoloji təhlükəsizlik” kitabı əvəzi olmayan nəşrdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov nəşrin bütün bəşəriyyət üçün taleyüklü məsələyə həsr edildiyini diqqətə çatdıraraq günümüzdə sosial şəbəkələr vasitəsilə dini və milli zəmində münaqişələrin artmaqda davam etdiyini bildirib. O, 1990-cı illərin əvvəllərində ölkəmizdə bəzi maraqlı dairələrin ideoloji boşluqdan istifadə etməsinin fəsadlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Mərkəzin dəstəyi ilə “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris edildiyini bildirən Rəvan Həsənov sözügedən nəşrin də tədris proqramına daxil edilməsinə maraqlı olduqlarını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, radikallığın kökündə dinin düzgün anlaşılmaması dayanır. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsinin, dinin ictimaiyyətə düzgün formada çatdırılmasının vacibliyinə toxunan F.Nurullayev bu baxımdan kitabın 4-cü fəslinə, o cümlədən “Din və təhsil” mövzusuna xüsusi diqqət çəkib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışında vurğulayıb ki, son dövrlər sosial şəbəkələrdə təhlükəli xarakter alan informasiya mənbələrinə ciddi fikir vermək lazımdır. M.İsmayılov Fondun bu qəbildən olan kitabların nəşrinə xüsusi diqqət yetirdiyini deyib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev və Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli çıxışlarında nəşrdə din sahəsindəki bir çox mühüm məqamlara toxunulmasını, əsərin həm elmi, həm də tədris vəsaiti kimi əhəmiyyətini vurğulayıblar.

Kitabın həmmüəllifləri Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov və Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov ölkəmizin nümunəvi dövlət-din modelindən söz açaraq dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd ediblər. Kitabın bu baxımdan əhəmiyyətinə diqqət çəkərək nəşrdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yollarının işıqlandırıldığını bildiriblər.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din adına törədilən müharibələr, qaranlıq orta əsr faciələri və müasir münaqişələr dinin nüfuzuna xeyli ziyan vursa da, həm tarix, həm də bugünkü mənəvi böhran dini əvəz edəcək bir sistemin olmadığını göstərir. Ona görə də bəşəriyyət dini rədd etmək əvəzinə, yeni baxışlar formalaşdırmaq məcburiyyətindədir. Sədr müavini vurğulayıb ki, şüarçılıq, ümumi çağırışlar və danışıqlar cəmiyyətin kökündəki dini ziddiyyətləri aradan qaldırmaqda o qədər də səmərəli görünmür. Dini ixtilafın və münaqişənin qarşısının alınmasının yolu din haqqında anlayışların dərinləşdirilməsindən və yenilənməsindən keçir. Din özünün ilkin mahiyyətində tərəqqi yaradan amil idisə, zaman keçdikcə təhriflərə yol verildi. Bütün bu məqamlar dinin əsl funksiyası və məqsədi barədə məsələlərə diqqətli olmağı tələb edir. Dinin mənəvi dəyər çərçivəsində qalıb öz həqiqi funksiyasını həyata keçirməsi olduqca vacib məsələdir.

Bildirilib ki, kitabda milli təhlükəsizliyimizin, eləcə də beynəlxalq təhlükəsizliyin başlıca tərkib hissəsi olan dini təhlükəsizliyin təminatına xüsusi yaradıcılıqla yanaşılmasının vacibliyi nəzərə çatdırılıb. “Din azadlığı, yoxsa təhlükəsizlik: prioritet hansıdır?” sualı cavablandırılmaqla hər ikisinin prioritet olması vurğulanıb.

Səyavuş Heydərov diqqətə çatdırıb ki, sivilizasiyaların toqquşması deyil, ümumdünya sülhünün bərqərar olmasına yönəlmiş nəzəriyyənin meydana gəlməsi zərurətə çevrilib. O, ölkəmizin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyasının artıq dünya ictimaiyyətinin diqqətində olduğunu qeyd edib. Azərbaycanın dünyanın xilası üçün təqdim etdiyi strategiyanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin birləşdiyi mərkəzlərdən birinə çevriləcəyinə əminliyini ifadə edib. Bu nəzəriyyənin təməlinin isə Prezident İlham Əliyevin memarı olduğu “Bakı Prosesi” platforması ilə qoyulduğunu əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb