CƏMİYYƏT


Din xadimi olmaq üçün 39 vakant yer üzrə 267 namizəd müraciət edib

Bakı, 5 iyul, AZƏRTAC

Din xadimi olmaq üçün 39 vakant yer üzrə 267 namizəd müraciət edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən(DQİDK) AZƏRTAC-a verilən məlumat görə, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda, 2022-ci il mayın 24-də elan edilmiş İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələrə sənəd qəbulu 2022-ci il iyunun 24-də başa çatıb. Göstərilən müddət ərzində komitəyə ümumilikdə 267 namizəd sənəd təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.