Din xadimləri Şamaxıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhid məzarlarını ziyarət ediblər
AzerTAg.az
Şamaxı, 19 yanvar, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şamaxı şəhərindəki Şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətdə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı və Qobustan rayon icra hakimiyyətlərinin nümayəndələri Rəşad Əliyev və Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.
Daha sonra 20 Yanvar faciəsində şəhid olan və Şamaxı rayonunda dəfn edilən soydaşlarımızın məzarları ziyarət edilib və onların ailə üzvləri ilə görüşlər keçirilib.





Xəbərin mətnində orfoqrafik səhv var