İDMAN


“Dinamo Zaqreb” futbol klubu 21-ci dəfə Xorvatiya çempionu olub

Bakı, 22 iyun, AZƏRTAC

“Dinamo Zaqreb” futbol klubu Xorvatiya çempionu titulunu qoruyub.

AZƏRTAC xəbər verir ki, Zaqreb təmsilçisi Xorvatiya çempionatının 30-cu turunda çempionluğunu rəsmiləşdirib. “Dinamo”nun yaxın izləyicisi “Lokomotiv” çempiondan 19 xal geridə olub. Yarışın yekunlaşmasına isə 6 tur qalıb.

Beləliklə, “Dinamo Zaqreb” 21-ci dəfə, son 15 ildə isə 14-cü dəfə ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, “Dinamo Zaqreb” Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.