Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır

Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır

Bakı, 25 iyul, AZƏRTAC

Hazırda işğalçı və terrorçu Ermənistanın, erməni lobbisinin, dünyanın müxtəlif ərazilərinə səpələnmiş erməni terror təşkilatlarının və onların havadarlarının Azərbaycana qarşı gündən-günə kütləvi hal alan total hücumu müşahidə edilməkdədir. Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi və müzəffər ordumuz tərəfində qətiyyətlə dəf edilən hərbi təxribatından sonra düşmən dövlətin hücumları xarici ölkələrə transfer etməsi ermənilərin daha dərin, çirkin, cinayətkar və terrorçu planlarından xəbər verir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni millətçi-terrorçu qruplaşmaları tərəfindən davamlı təxribatlar törədilir: “Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni terrorçu qrupları tərəfindən son dərəcə aqressiv hücumlar təşkil edilir. Təsadüfi deyildir ki, bu təxribatlarda həmin ölkələrdəki erməni diasporu, radikal millətçilərlə yanaşı, ASALA, Daşnaksütyun kimi terror təşkilatlarının da nümayəndələri iştirak edirlər. Əlbəttə, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyildir. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə erməni terror təşkilatları tərəfindən 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı vəhşicəsinə qətlə yetirilib. Hətta, 1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş işğalçı ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı qanlı terror aktları təşkil ediblər. Ona görə də son günlər baş verənlərə təəccüblənmək lazım deyil”.

“Radikal erməni millətçilərinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törətdikləri təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edən, ağır cinayət məsuliyyəti doğuran əməllərdir”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması, onlara xəsarətlər yetirilməsi həmvətənlərimizin sərbəst toplaşmaq və öz fikirlərini azad ifadə etmək hüquqlarının pozulmasına gətirib çıxarıb: “Bu səbəbdən də təxribatların baş verdiyi ölkələrin aidiyyəti orqanları hücumları ciddi araşdırmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verməlidir. Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, o cümlədən hüquq-müdafiə təşkilatlarının azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, erməni lobbisinin Azərbaycana qarşı təxribatlar, hücumlar təşkil etdiyi bir zamanda özlərini azərbaycanlı hesab edib, guya xalqımız naminə fəaliyyət göstərdiklərini iddia edənlərin düşmən cəbhəsində yer almaları artıq heç kəsə sirr deyil: “Hər gün insan hüquqlarından dəm vuran Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digər milli xainlər dünya azərbaycanlılarını ayağa qaldıran bu vandalizm aktlarını susqunluqla seyr etməkdədirlər. Ermənilər xarici ölkələrdə azərbaycanlılara hücum edir, ağır bədən xəsarəti yetirirlər. Bəs belə bir ağır gündə özlərini xalqın xilaskarı kimi qələmə verən Orduxan Temirxan, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Vidadi İsgəndərli kimi milli satqınlar, vətənpərvərlikdən dəm vuran dil pəhləvanları harada gizləniblər? Yoxsa, ermənilərlə işbirlikləri şübhə doğurmayan və xarici anti-Azərbaycan dairələrin əlində alət olan bu antimilli ünsürlərin işləri-gücləri ancaq hakimiyyətə qara yaxmaq, kompüter arxasından “aslanlıq” etməkdir? Neçə illərdir sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı böhtan yağdıran bu satqın şəbəkə indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini ifşa edən material paylaşmayıb, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi naminə heç bir fəaliyyət sərgiləməyib. Əksinə, onlar iyulun 14-dən 15-ə keçən gecə Bakıda keçirilən möhtəşəm ordumuza dəstək aksiyasında təxribat törədən və bu cinayətkar əməllərinə görə məsuliyyətə cəlb olunan cəbhəçiləri, dövlət çevrilişinə cəhd etmiş dələduzları qəhrəmanlaşdırır, amma Dilqəm Əsgərovu, Şahbaz Quliyevi bir dəfə də olsun yada salmırlar. Çox uzağa getmirəm və bir sual edirəm: nə üçün sərhəddə müharibə getdiyi bir zamanda bu antimilli ünsürlər ordumuza hücumlara başladılar? Hansı səbəbdən Azərbaycan Ordusunu aşağılamağa cəhd göstərdilər? Niyə Milli Məclisin binasını zəbt etməyə çalışanların cinayətkar əməllərinə haqq qazandırmaq üçün dəridən, qabıqdan çıxdılar? Məgər Qarabağa gedən yol Milli Məclisdən keçirdi? Yoxsa, hərbçilərimizi şəhid etmiş Ermənistan ordusunun bölmələri Milli Məclisdə idilər? Bu gün bütün Azərbaycan xalqı onlardan bu suallara aydınlıq gətirmələrini tələb edir. Bunlar isə yalnız və yalnız öz əməlləri və hərəkətləri ilə düşmənlə işbirliyində olduqlarını bir daha təsdiq edirlər.”

Vüqar Rəhimzadə sözügedən qruplaşmanın dünya azərbaycanlılarının aksiyalarına dəstək verməməsini də xəyanət adlandırıb: “Təsəvvür edin ki, Tovuz rayonu istiqamətindəki təxribatdan sonra dünyanın bir çox ölkələrində azərbaycanlılar ayağa qalxdılar. Onlar Azərbaycan Ordusuna, dövlətinə və Ali Baş Komandanımıza dinc dəstək yürüşləri, aksiyalar keçirdilər. Bütün dünya mediası azərbaycanlıların bu vətənpərvər aksiyalarından danışdığı bir zamanda Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digər xainlər əksinə, Azərbaycan dövlətini və ordusunu qaralamağa üstünlük verirlər. Onlar bu aksiyalarla bağlı bircə videomaterial da hazırlamadılar, əksinə, baş verənləri anti-Azərbaycan mövqedən təqdim etdilər. Bunun adı düşmənçilik, Vətənə xəyanət deyil, bəs nədir? Cəmil Həsənli ABŞ-da ANCA-nın üzvü olan konqresmenlərlə görüşür, onlara donos ötürür və sonra da qürrələnir ki, ABŞ-da Azərbaycana dair hesabat müzakirə edilib. Ümumiyyətlə, adları çəkilən bu antimilli ünsürlər dövlətimizə və xalqımıza münasibətdə ermənidən betər düşmənə çevriliblər. Hesab edirəm ki, bu cür Vətən xainlərinə qarşı amansızlıqla mübarizə aparmaq lazımdır. Vətəninə və xalqına xəyanət edənlər ən ağır cəzaya layiqdirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər