Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildə gördüyü işlərə dair hesabat verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildə gördüyü işlərə dair hesabat verib

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyətindən danışıb. Bildirib ki, komitə 2016-cı ildə mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması istiqamətində fəaliyyətini ardıcıl davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Komitə sədri qeyd edib ki, “Multikulturalizm İli” çərçivəsində Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər aidiyyəti qurumlar və dini mərkəzlərlə birgə tədbirlər reallaşdırıb.

Daha sonra komitə sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, 2016-cı ildə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması, dini obyektlərin tikintisi ilə bağlı məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər həyata keçirilib.

Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsi ötən ildə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri ilə bağlı dini durumun nəzarətdə saxlanılması məqsədilə məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirib, eləcə də dini maarifləndirmə istiqamətində silsilə görüş və tədbirlər təşkil edib. Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərə əsasən, əvvəlki illərlə müqayisədə ötən ildə Ramazan və Qurban bayramları namazının fərqli günlərdə icrası halı qeydə alınmayıb, dindarlar QMİ-nin təqviminə uyğun olaraq eyni tarixdə bayram namazlarını qılıblar.

Dövlət Komitəsinin əməkdaşlarının apardıqları müşahidələrə və daxil olmuş məlumatların təhlilinə əsasən, ötən il Aşura mərasimi ümumilikdə sabit keçib, eləcə də əvvəlki illərlə müqayisədə, həm təşkilati, həm də keçirilmə formasında bəzi müsbət dəyişikliklər baş verib.

Dövlət Komitəsi tərəfindən 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 749-a çatdırılıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Dövlət Komitəsinin sədr müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitabın nəşr olunduğunu diqqətə çatdırıb.

Gündüz İsmayılov dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək bildirib ki, bu istiqamətdəki işlər ötən il ərzində dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. 2016-cı ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirib. Dövlət Komitəsi ötən il ərzində dini maarifləndirmə istiqamətində QMİ ilə də yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 xüsusi tədbir baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.

Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi böyük əks-səda doğurub. Sənədli film ictimaiyyətə təqdim olunmaq üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və Azərbaycanın bütün yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib.

Ötən ildə Dövlət Komitəsinin sifarişi və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə “Vandalizm” adlı sənədli film də ərsəyə gətirilib və noyabr ayının 24-də Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

Gündüz İsmayılov Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm İli“ elan edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Dövlət Komitəsi tərəfindən 160-dan artıq tədbir keçirildiyini qeyd edib, eyni zamanda, tədbirlərin hər biri haqqında ətraflı məlumat verib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Dövlət Komitəsi tərəfindən ötən il dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.

İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib, 40 mağazada monitorinqlər təşkil olunub, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib. 17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə, onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev hesabat dövrü ərzində illik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, dini radikalizmə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də maarifləndirmə işlərinin təşkili istiqamətlərində görülmüş işlərdən danışıb.

O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Vüqar Babayev Muxtar Respublikada yerləşən dini icmaların hər birinə maliyyə vəsaitinin ayrıldığını vurğulayaraq, ötən il ərzində dini icmaların həyata keçirdikləri maarifləndirmə tədbirlərindən danışıb. O bildirib ki, Naxçıvanda dinin düzgün təbliğinə xüsusi diqqət yetirilib, din xadimlərinin biliklərinin artırılması üçün ötən il Naxçıvan şəhər Sarvanlar və Şərur şəhər məscidlərində müvafiq təkmilləşdirmə kursları təşkil edilib. İl ərzində 175 nəfər təkmilləşdirmə kurslarında iştirak edib. Vüqar Babayev 2016-cı il ərzində 458 din xadiminin attestasiyadan keçirildiyini, onlardan 365-nə vəsiqələr verildiyini deyib.

O bildirib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Muxtar Respublika ərazisində yayılmasına nəzarət edilib və nəticədə dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyini təbliğ edən 849 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb.

Vüqar Babayev 2016-cı ilin “Multikulturalizm İli” elan olunması ilə əlaqədar Multikulturalizm və dini məsələlər üzrə Komissiyanın iş planına əsasən il ərzində 17 tədbirin keçirildiyini bildirib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dövlətin din siyasətini həyata keçirən əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son illərdəki fəaliyyəti diqqətçəkəndir. Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata keçməsi üçün Azərbaycanın bütün dini icmalarının, məscidlərinin real durumunu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə şərait yaradırlar.

Səyyad Salahlı Dövlət Komitəsinin “Multikulturalizm İli”ndə həyata keçirdiyi tədbirlərdən bəhs edərək 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin qarşısında duran vəzifələrdən də danışıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iclasda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. Dövlətimiz tərəfindən müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara daim diqqət və qayğı göstərildiyini qeyd edib.

Kamal Abdullayev “Multikulturalizm İli” çərçivəsində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi.

Dövlət müşaviri bu sahədə fəaliyyətin davam etdirilməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Azərbaycanda İslami dəyərlərə verilən qiyməti dünya səviyyəsində bir daha qeyd edib. Çünki bu dəyərlər Azərbaycan üçün son dərəcədə vacib mənəvi dəyərlərdir və Azərbaycan İslam dünyasının incisi olmağa layiq ölkədir.

İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Dövlət Komitəsinin hesabat ilində gördüyü işlər qənaətbəxş hesab edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO