CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Masallı rayonunda sentyabrın 21-də nəzərdə tutulan görüşün tarixi dəyişdirilib. Vətəndaşların qəbulu sentyabr ayının 30-da keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:46]
Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib
- 23.04.2024 [16:44]
MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub
- 23.04.2024 [16:24]
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
- 23.04.2024 [15:56]
Ağdamda əmək yarmarkası təşkil olunacaq
- 23.04.2024 [15:54]