Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda Kollegiya üzvləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

İclasda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması yolunda fəaliyyətini davam etdirib. Dini durumun öyrənilməsi, dini icmalarla işin gücləndirilməsi, radikal dini cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mübarizə mümkün vasitələrlə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və maarifləndirmə işləri aparılıb.

Mübariz Qurbanlı vurğulayıb ki, Komitənin əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etmək, dini qurumları dövlət qeydiyyatına almaq, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində dini maarifləndirmə işini təşkil etmək, dini qurumlarla əməkdaşlığı genişləndirmək, Azərbaycanın zəngin multikultural ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ etmək istiqamətində olub.

Eyni zamanda, Dövlət Komitəsi fəaliyyətini aidiyyəti orqanlarla koordinasiya edərək, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq edib.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan milli-mənəvi dəyərlərimizin təbliğinə dövlət qayğısını önə çəkən Komitə sədri bildirib ki, cari ilin 6 ayı ərzində ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına müvafiq olaraq bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib.

İclasda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Dövlət Komitəsi tərəfindən cari ilin 6 ayı ərzində ölkədə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib. Dini icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsi, radikal dini cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması ilə bağlı tədbirlər həyata keçirilib.

Səyyad Salahlı bildirib ki, ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib.

Qeyd olunub ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-İslam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Hesabat dövründə respublikada dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb. Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

Ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib. Ümumilikdə idxalla bağlı 2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Səyyad Salahlı bildirib ki, müvafiq dövr ərzində Dövlət Komitəsi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslamın dirçəldilməsi, hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi istiqamətində dini maarifləndirmə tədbirləri respublikanın bütün bölgələrində yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət və gənclər təşkilatları, ziyalılar, din xadimləri və dini icmaların iştirakı ilə təşkil olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi barədə imzalanmış 2017-ci il 10 yanvar tarixli Sərəncama uyğun olaraq, Dövlət Komitəsi tərəfindən müvafiq dövr ərzində “İslam həmrəyliyi sülhə çağırışdır”, “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir”, “İslamda həmrəyliyə və tolerantlığa çağırış”, “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir”, “İslam həmrəyliyi: tolerantlıq və İslam mədəniyyəti”, “İslam həmrəyliyinin radikallığın qarşısının alınmasında oynadığı rol” və s. mövzularda respublikanın bütün bölgələrində 130-dan artıq tədbir həyata keçirilib.

Həmçinin maarifçilik işi çərçivəsində cari il ərzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 13 regional konfrans, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 12 seminar-müşavirə, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 9 seminar-treninq təşkil olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Komitəsinin dini ekstremizmə qarşı mübarizəyə dair 2017-ci il üçün birgə Tədbirlər Planı çərçivəsində Bakı, Lənkəran şəhərlərində, Ağstafa, Göygöl və Salyan, Göyçay, Zaqatala rayonlarında regional müşavirələr keçirilib.

Dövlət Komitəsi ilə Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış 2017-ci il üçün Fəaliyyət Planı çərçivəsində təhsil müəssisələrində 170-dən artıq, cəzaçəkmə müəssisələrində isə 8 tədbir baş tutub.

Dini icmalarda dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində müvafiq işlər görülüb. Belə ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində, Xocalı faciəsinin, eləcə də 31 mart Azərbaycanlıların Soyqırımı Gününün ölkə dindarları tərəfindən qeyd olunması, bu faciələr barədə həqiqətlərin insanlara, xüsusən gənc nəslə çatdırılması üçün dini icmalarla yaxından əməkdaşlıq edilib.

Həmçinin dövlətimizin başçısı İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və layihələrin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 197 layihə maliyyələşdirilib.

Dövlət Komitəsi sədrinin birinci müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə çərçivəsində “Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər”, "World’s famous muslim athletes” (“Dünyanın məşhur müsəlman idmançıları” kitabı ingilis dilində çap olunub və IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılara paylanıb), “Nardaran və nardaranlılar”, “Azərbaycanda xristianlıq: keçmişdən bu günə”, “Multikulturalizm: Panaseya, yoxsa Alternativ”, “Tolerantlıq və multikulturalizm: Beynəlxalq sənədlər toplusu”, “Azərbaycan tolerantlığı dünyanın gözü ilə”, “İslam terroru, zorakılığı rədd edir”, “Dinin siyasiləşməsi ideoloji təhdiddir”, “Dünyəvi dövlətdə dini təhsil: praktika və problemlər”, “XXI əsrin ən böyük bəlası: İŞİD”, “Müasir dövrdə dini zəmində baş verən münaqişələr”, “İslam adı altında gizlənən terror təşkilatları” adlı kitab və broşürlərin nəşr olunduğunu diqqətə çatdırıb.

Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov isə Ramazan ayının yekunları barədə məlumat verib. Bildirib ki, Dövlət Komitəsi Ramazan ayı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ay boyunca dini durumun nəzarətdə saxlanılması, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparılması istiqamətində müvafiq işləri davam etdirib. Ramazan ayından öncə əsas məscidlərin axund və imamları, habelə, dini icmaların sədrləri ilə müvafiq söhbətlərin aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb.

Ramazan ayı boyunca icra olunan ibadətlərin vaxtları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə təqvim hazırlanıb. Dövlət Komitəsi tərəfindən dini icmalarla, din xadimləri və dindarlarla aparılan söhbətlərdə ölkə üçün sözügedən təqvimin mötəbərliyi önə çəkilib, həm şifahi, həm də mətbu orqanlar vasitəsilə yalnız həmin təqvimdən istifadə tövsiyə edilib.

Əliheydər Zülfüqarov qeyd edib ki, “İslam Həmrəyliyi İli”ndə Ramazan ayı ölkəmizdə yüksək səviyyədə keçirilib. Ay boyu dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib. Dini icmaların sərbəst şəkildə təravih namazlarının icrası, qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılıb. Bundan başqa, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış dini icmalar ziyalılar, din xadimləri, ağsaqqallar, şəhid ailələri, müharibə veteranları və Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə iftar süfrələri ətrafında dini maarifləndirici tədbirlər keçiriblər. Qeyd olunan bütün tədbirlərdə dindarlarla söhbətlər aparılıb, ümumi həmrəylik, vəhdət mühiti yaradılıb.

Kütləvi informasiya vasitələrində Ramazan ayı ilə bağlı maarifləndirmə tədbirləri cari ildə daha yüksək səviyyədə təşkil edilib. Xüsusilə “Cəmiyyət və Din” qəzetində müvafiq məqalələr dərc olunub, həmçinin İctimai Televiziyada Dövlət Komitəsinin müəllif proqramı olan “Din və Cəmiyyət” və Space telekanalında yayımlanan “İnam” proqramlarında Ramazan ayına həsr edilmiş mövzular müzakirə olunub.

Kollegiya iclasında, eyni zamanda, Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayevin hesabat məruzələri dinlənilib.

İclasda daha sonra cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanda odlu silahlarla törədilmiş cinayətlərin sayı artıb

İsveçdə ən böyük hidroakkumulyasiya elektrik stansiyası tikilir

Gəncə teatrı 129-cu mövsümə yeni tamaşalarla hazırlaşır

Keir Starmer İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edəcək

İtaliya mediası Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Roma Papası Yaxın Şərqdə atəşkəs üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb

Dünyanın ən yaşlı pişiyi 33 yaşında ölüb

Superliqa: “Trabzonspor” – “Beşiktaş” oyununda qalib müəyyənləşməyib

Ermənistanın baş naziri Tbilisiyə səfər edəcək

Donald Trampın olduğu ərazi yaxınlığında atışma baş verib

Premyer Liqa: Turun son oyununda qalib müəyyənləşməyib

Göygöldə keçirilən “Moruq Festivalı” başa çatıb

Nizami rayonunda avtomobil yanıb

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 86 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 88 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Tovuzda yol qəzası olub, xəsarət alanlar var

Myanmada “Yaqi” qasırğasının fəsadlarından ölənlərin sayı 116 nəfərə çatıb

Aşağı Avstriya federal əyaləti təbii fəlakət zonası elan edilib

Moskvada OANA İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib VİDEO

Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”ni məğlub edib

Polşada daşqınlar nəticəsində su bəndi uçub

Azərbaycan idmançıları Batumidə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar

24 saylı Nizami seçki dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edib

Antalyada azərbaycanlı sənətçilərin təntənəli konsert proqramı keçirilib VİDEO

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Oskar Piastri: İnkişafımda böyük rol oynadığına görə komandama təşəkkür edirəm

Tovuzda qəbiristanlıq ərazisində yanğın baş verib VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olub

Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari” və “Red Bull”un pilotları mübarizəni dayandırıblar

Nuran Abdullayev: Qarabağ Universitetinin ciddi elmi-tədqiqatlar aparan dünya universitetləri sırasında yer almasına ən yüksək səviyyədə töhfə verə bilərik

Şəhid ailələri və qazilərimiz Formula 1 Azərbaycan Qran-Prisinin finalını izləyiblər

Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır - ŞƏRH

La-Manş vasitəsilə Fransadan Britaniyaya keçmək istəyən səkkiz miqrant həyatını itirib

Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir

Vətən müharibəsi iştirakçısı: Xoşbəxtəm ki, Formula 1 kimi yarışı canlı izləyirəm

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Almaniyada yaşayan azərbaycanlı həkimlər elmi müzakirələri davam etdirirlər

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb

Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

Formula 1-i izləməyə gələn qazi: Fəxr edirəm ki, ölkəmizdə beynəlxalq səviyyəli bu cür yarış keçirilir

Azərbaycanın Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında təmsil olunacaq

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Yarış çox həyəcanlı keçdi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Moskvada BRICS ölkələrinin media sammiti başa çatıb

® Media nümayəndələri “Bakcell”in Formula 1 stendini ziyarət ediblər

Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Sentyabrın 16-da bəzi yerlərdə leysan yağacaq

Türkiyə səfiri: Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin gələcəyi üçün yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu VİDEO

Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub

Azərbaycan Qran-Prisinin ikinci günü J Balvinin konserti ilə yekunlaşıb

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib YENİLƏNİB VİDEO

“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub

Prezident İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib YENİLƏNİB VİDEO

Türkiyə XİN Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib

Bakı şəhərinin azad edilməsi Azərbaycan xalqının həyatında tarixi hadisədir

Qəbələdə narkokuryerlər saxlanılıb

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq

Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb

Formula 1 Azərbaycan Qran-Prisində “Yaşıl Post” yenidən quraşdırılıb

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Nikaraqua Respublikasının Prezidenti Zati-aliləri cənab Daniel Orteqa Saavedraya

Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Türk dünyasının Bakı Zəfəri – Turan yolunun başlanğıcı

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var VİDEO

Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər

Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir

Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək

Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir

Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb

Azərbaycanda İkinci Sığorta Festivalının təntənəli bağlanış mərasimi keçirilib

XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənilir

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 81 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 82 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 79 saylı müraciətə baxılmasına dair
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciətinə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 80 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 12 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Müharibə dövründə Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb

Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar

AHİK sədri “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

FIA prezidenti: Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq

Şəmkirdə piyadanı maşın vuraraq öldürüb

Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib

Serbiyada məcburi hərbi xidmət 75 gün olacaq

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib

Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Göygöldə ilk dəfə “Moruq Festivalı” keçirilir - YENİLƏNİB VİDEO

Ağdərədə FHN-in avtomobili qəzaya düşüb, ölən və yaralananlar var

Formula 1 Azərbaycan Qran-Prisi: Uill Smit paddokda görünüb