CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətini əks etdirən fotoalbom nəşr edilib.

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəşrin “Dövlət və din”, “Dini qurumların fəaliyyəti və onlara dövlət qayğısı”, “Dini icmaların dövlət qeydiyyatı”, “Tolerant və multikultural ənənələrin təbliği”, “Dini maarifləndirmə işi və milli-mənəvi dəyərlərin təbliği”, “Dini radikalizmlə mübarizə”, “Vətəndaş qəbulu”, “Beynəlxalq əlaqələr”, “İctimai əlaqələr və sosial fəaliyyət”, “İctimai Şura”, “Könüllü fəaliyyət”, “Mənəvi Dəyərlərin Təbliği Fondu”, “İlahiyyat İnstitutu” və digər bölmələrində ötən 20 il ərzində Komitənin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə fotoşəkillər əksini tapıb.

“Fotoalbom dövlətimizin din siyasətinin, dinə diqqət və qayğısının, Dövlət Komitəsinin 20 illik fəaliyyətinin kiçik mənzərəsidir. İnanırıq ki, geridə qoyduğumuz 20 il ərzində Dövlət Komitəsinin gördüyü işlərə qiymət vermək üçün önəmli vəsait ola biləcək bu nəşr həm ümumi məzmunu, həm də bədii estetik görünüşü ilə geniş oxucu kütləsinin zövqünü oxşayacaq”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.