CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Bakı, 16 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 21-də saat 10:00-da Tovuz Rayon Heydər Əliyev Mərkəzində Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ağstafa və Qazax, sədr müavini Gündüz İsmayılov isə Gədəbəy rayon sakinləri ilə görüşəcək. Qəbullar Ağstafa Rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Rasim Tağıyev. Əlaqə vasitələri: mob: (055) 414 62 85, telefon: 022 315 38 91, elektron poçt ünvanları: [email protected], [email protected], [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.