CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşlarla görüşüb

Bakı, 14 fevral, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşlarla görüş сədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Hacıqabul rayonunun sakinləri ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Hacıqabul rayonundan olan vətəndaşların təklif və şikayətlərinə baxılıb. Müraciətlər, əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması və yenilənməsi, dini icmalara dini maarifləndirmə ilə əlaqədar maliyyə vəsaitinin ayrılması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerindəcə həll edilib, digər məsələlər barədə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 18-də Salyan, sədrin müavini Gündüz İsmayılov Biləsuvar rayonu, sədrinin birinci müavini Səyyad Salahlı isə fevralın 20-də Şirvan şəhərindən olan vətəndaşlarla görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.