CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı, 12 dekabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabrında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaş və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul dekabrın 17-də saat 11:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində saat 15:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Bərdə Bələdiyyəsinin inzibati binasında saat 10:00-da vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Bölgə şöbə müdiri: Natiq Əfəndiyev, əlaqə vasitələri: mob: (050) 211-68-89, Telefon: (02233) 6 -55- 95, Elektron poçt ünvanları: [email protected], [email protected], [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.