Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Beyləqanda və Xocavənddə sakinlərlə görüşəcək
AzerTAg.az
Bakı, 20 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Beyləqan və Xocavənd rayonlarından olan sakinləri qəbul edəcək.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, qəbul sentyabrın 24-də saat 11:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Saatlı rayon Gənclər Mərkəzində Saatlı, İmişli, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinləri ilə görüşəcək. Qəbulların hər ikisi saat 11:00-da başlayacaq.

Xəbərin mətnində orfoqrafik səhv var