CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək

Bakı, 19 oktyabr, AZƏRRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 24-də Sabirabadda Saatlı, İmişli, Sabirabad və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Sabirabad rayonu Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.