CƏMİYYƏT
Dini, etnik qrupların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası baxımından Azərbaycan çox uğurlu nümunədir
Vyana, 24 iyun, AZƏRTAC
Dini, etnik qrupların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası baxımından Azərbaycan çox uğurlu nümunədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 24-də Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, piar mütəxəssisi Kamilla Habsburq-Lotrinqen söyləyib.
O bildirib ki, dəfələrlə Azərbaycanda, Bakıda keçirilən beynəlxalq konfranslarda iştirak edib: “Azərbaycanı çox yaxşı tanıyıram və bu gözəl ölkəni çox sevirəm. Səfərlərim zamanı regionlarda, o cümlədən Qubada olmuşam. Mən orada fərqli dini icmaların ölkənin sosial həyatında necə aktiv iştirak etdiyinə şahid olmuşam”.
Kamilla Habsburq-Lotrinqen multikulturalizm və dini tolerantlıq ənənələrinin təbliğində Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə tanıdılmasını yüksək qiymətləndirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana